Fevralın 1-dən Azerbaycan Respublikası Mərkəzi bankı tərəfindən elan olunmuş “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereya davam etməkdədir. Fevral ayını əhatə edən tirajın nəticələrinə əsasən Bank BTB-nin də kart sahibləri ilk uduş qazanmış şanslı istifadəçilər sırasına daxil oldular.
Qeydedək ki,“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın şərtlərinə əsasən Azərbaycan bankları tərəfindənemissiya edilmiş ödəniş kartları ilə POS-terminallar vasitəsilə minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan hər bir kartistifadəçisi avtomatik olaraq lotereyada iştirak hüququ əldə edir. Hər bir əməliyyat kart istifadəçisinə 1 şans verir.
Lotereyanın uduş məbləği isə 50 manattəşkil edir.Son mərhələdə qalib olan şəxs uduş barədə SMS vasitəsilə məlumatlandırılaraqona məxsus olan kart hesabına dərhal uduş məbləği daxil olunur.
Nəzərə çatdıraq ki, lotereyada korporativ və eyniləşdirilməmiş kartlar istisna olmaqla, bütün növ ödəniş kartları, o cümlədən pensiya, əmək haqqı, təqaüd və tələbə kartları iştirak edə bilir.
Bank “BTB” ASC –nin təqdim etdiyi bütün məhsul və xidmətlər, xidmət nöqtələri, ATM-lərin yerləşməsi və digər ətraflı məlumat üçün bankın (012) 946 nömrəli Məlumat Mərkəzinə zəng edə, www.btb.az saytına və ya Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.