Bank "BTB" ASC Daxili Audit vəzifəsinə işə qəbul elan edir.
2010-cu ildə təsis edilmiş Bank "BTB" ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Bank "BTB" ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Daxili Audit
İş barədə məlumat:
- İllik Audit planına və plandan kənar qrafikə əsasən Bankın struktur bölmələrində auditin həyata keçirilməsi;
- Yoxlama zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair tədbirlərin tərtib edilməsi, səmərəli təkliflərin verilməsi;
- Aparılmış audit yoxlamalarına dair hesabatların hazırlanması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi və müvafiq şəkildə hesabatların verilməsi
Namizədə tələblər:
- Bank Qanunvericiliyinə dair ümumi biliklər;
- Analitik təfəkkür, problemli situasiyaların analiz edilməsi, risklərin müəyyənləşdirilməsi qabiliyyəti;
- Maliyyə bilikləri, əməliyyat və kredit sahəsinə dair biliklər;
- Yeni məlumatları qəbul edib operativ şəkildə tətbiq edə bilmə bacarığı;
- İşində peşəkar, məsuliyyətli, ünsiyyətcil, səbrli və inkişafa meyilli;
- Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
- Dəqiqlik, detallara fikir vermək qabiliyyəti;
- Microsoft proqramları (əsasən Excel) bilikləri;
- Komandada işləmə bacarığı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Daxili Audit) göstərməyiniz xahiş olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!