Bank BTB ASC “Bilik Yarışı” adlı müsabiqə elan edir | Banco.az

Bank BTB ASC “Bilik Yarışı” adlı müsabiqə elan edir

Bank BTB ASC 15 Sentyabr Bilik Gününə özəl olaraq öz rəsmi Facebook səhifəsində “Bilik Yarışı” adlı müsabiqəsi elan edib.

Müsabiqənin şərtlərinə görə iştirakçılara 90 saniyə ərzində ardıcıl olaraq 15 sual təqdim olununur. Hər sualda 4 cavab variantı verilir. Düzgün cavaba görə iştirakçılar 50 bal qazanacaqlar. Hər səhv cavaba görə isə iştirakçılardan 5 bal silinəcəkdir. Müsabiqədə  qənaət edilmiş saniyələrə görə də əlavə 5 bal sayılacaqdır. Həm də düzgün cavab ardıcıllığına görə iştirakçılar artan ardıcıllıqla əlavə 5 bal qazanacaqlar.

Əsas şərtlərdən biri də odur ki, hər iştirakçı müsabiqədə yalnız 1 dəfə iştirak edə biləcəkdir. Müsabiqədə iştirak edənlər Bank BTB nin rəsmi Facebook səhifəsini bəyənməlidirlər (Like).

Müsabiqə 1 həftə ərzidə Sentyabrın 21-nədək davam edəcəkdir. Ən yüksək bal toplamış 3 iştirakcı müsabiqənin qalibi olacaq. Eyni bal toplamış iştirakçılar arasında üstünlük müqabiqədə tarix baxımından daha əvvəl iştirak etmiş iştirakçıya veriləcəkdir. Qaliblərə Bank BTB ASC tərəfindən plastik kart və pul mükafatı hədiyyə olunacaqdır:

Ən sərfəli kredit üçün müraciət et

1-ci yer üçün Mastercard Platinum  üstə gəl 500 AZN

2-ci yer üçün Mastercard Gold  üstə gəl 250 AZN

3-cü yer üçün Mastercard Classic üstə gəl 100 AZN

Müsabiqə haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən və bankın Facebook səhifəsindən www.facebook.com/bankbtb ətraflı məlumat almaq mümkündür.

Ən sərfəli krediti almaq üçün müraciət et