Bank BTB 2022-ci ilin birinci rübünün maliyyə nəticələrini açıqladı | Banco.az

Bank BTB 2022-ci ilin birinci rübünün maliyyə nəticələrini açıqladı

Bank BTB-nin birinci rüb üzrə faiz gəlirləri 6 milyon 859 min manat, faiz xərcləri isə 4 milyon 006 min manat olmuşdur. Qeyd edilən dövrdə qeyri-faiz gəlirləri 1 milyon 56 min manat təşkil etmişdir.

Maliyyə nəticələrinə əsasən, 1-ci rüb ərzində Bank BTB-nin aktivlərinin həcmində 6 % artım qeydə alınıb, beləliklə bankın cəmi aktivləri 356 milyon 788 min manat təşkil etmişdir. Digər əsas göstərici isə bankın kredit portfelinin artmasıdır ki, hesabat dövründə bankın kredit portfeli 261 milyon 411 min manat təşkil etmiş, bu isə ötən ilin həmin periodu ilə müqayisədə 18% artım deməkdir. Sözügedən dövrdə bankın fiziki şəxslərin müddətli depozit portfelinin  həcmi 26% artaraq 130  milyon  507 min manat təşkil etmişdir.

Qeyd edək ki, Bank BTB 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir. Bank hər zamanki kimi müştəri məmnunluğunu üstün tutaraq yeni rəqəmsal həllərin tətbiqi və inkişafı istiqamətində fəaliyyət göstərməyə davam edir. Bunu da qeyd edək ki, əhaliyə məsafədən bank xidmətlərinin göstərilməsini daha da asanlaşdıran BTB Mobile tətbiqinin istifadəçilərinin sayı da artmaqdadır.

Bankın məhsul, xidmət və kampaniyaları barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Həmçinin, (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytı həftəiçi 5 gün müştərilərin xidmətindədir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et