Bank “BTB” 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə rəsm müsabiqəsi keçirib | Banco.az

Bank “BTB” 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə rəsm müsabiqəsi keçirib

Bank “BTB”ASC  1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə rəsm müsabiqəsi elan etmişdi. Müsabiqəyə uşaqlar müxtəlif mövzularda rəsm və əl işlərini təqdim etdilər. Burada əsasən ailə, dostluq, ev heyvanlarına qayğı və özünüdərketmə mövzuları geniş təmsil olunmuşdu.

Bank “BTB” ASC-nin İnsan Resursları Departamentinin Direktoru Təranə Səmədova bildirdi ki, “Bu cür tədbirlər təqdirə layiqdir. Burada həm valideynlər, həm də uşaqlar bir yerdə həm sevinc hissi keçirirlər, həm də gənc istedadları tanımaq fürsəti yaradılır”.

Ən sərfəli kredit üçün müraciət et

Müsabiqənin iştirakçıları Bank BTB-nin inzibatı binasını ziyarət etdilər. Burada bankın 1 iş günü və əməkdaşlar ilə tanış etdilər. Gənc istedadları Bank BTB-nin İdarə Heyətinin Sədri Emil Rzayev salamladı, hər bir müsabiqə iştirakçısına sertifikat, dəyərli hədiyyələr təqdim olundu. Sonda birgə xatirə fotosu çəkildi.

Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.

Ən sərfəli krediti almaq üçün müraciət et