"Bank Avrasiya" ilə yaxşı başladı - HESABAT | Banco.az

"Bank Avrasiya" ilə yaxşı başladı - HESABAT

“Bank Avrasiya” ASC 2017-ci ilin ilk ayının maliyyə nəticələrini rəsmi web saytında yerləşdirib.

Banco.az banka istinadən xəbər verir ki, bankın aktivləri cari ilin yanvar alında 152 mln. 134 min 400 manat təşkil edib. Bu isə keçən ilin sentyabr göstəriciləri ilə müqayisədə 12% artıb.

“Bank Avrasiya” ASC-nin kredit portfelində də artım müşahidə olunur. 

Müştərilərə verilən kreditlərin həcmi ötən ilin üçüncü rübü ilə müqayisədə 5,9 mln. manat artaraq 89 mln. 132 min manat olmuşdur.  

Ən sərfəli kredit üçün müraciət et

Müştərilər tərəfindən bankda yerləşdirilən depozitlərin həcmində 31% və ya təqribən 10 mln manat artım olub və ümumilikdə 41 mln. 350 min 600 manat təşkil edib.

Bankın cəmi kapitalı 58 mln. 903 min 700 manat olunub. 

2017-ci ilin əvvəlində banın mənfəəti 5 mln. 978 min 600 manat təşkil edib.

“Bank Avrasiya” ASC Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2007-ci il tarixli, 251 saylı “Bank fəaliyyətinin həyata keçirilməsi barədə bank lisenziyası” əsasında fəaliyyət göstərir.

 

Ən sərfəli krediti almaq üçün müraciət et