Rusiya Federasiyası Mərkəzi Bankının Moskva şəhəri Mərkəzi federal dairəsi üzrə Baş İdarəsi Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə bankı olan “ABB-Moskva” MMC-nin müraciətinə baxıb.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, Baş İdarə bankın nizamnaməsi ilə bağlı təklifi üzrə dövlət qeydiyyatı haqqında N4-ə dəyişiklik edərək “ABB-Moskva” MMC-nin nizamnamə kapitalının 2 mlr. 110 mln. 426 min 650 rubla qədər artırılması və bununla bağlı müvafiq sənədlərin səlahiyyətli orqana göndərilməsi barədə qərar qəbul edib.