Bank "ABB-Moskva" pul köçürmələr üzrə stimullaşdırıcı aksiyaya başlayıb | Banco.az

Bank "ABB-Moskva" pul köçürmələr üzrə stimullaşdırıcı aksiyaya başlayıb

Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə müəssisəsi olan Bank "ABB-Moskva" Novruz bayramı günlərində "İBA-Express" təcili pul köçürmə sistemi ilə aparılan əməliyyatların xidmət haqqını aşağı salıb.

ABB-dən verilən məlumata görə, martın 15-dən martın 30-dək "İBA-Express" sistemi ilə köçürmə aparan fiziki şəxslərdən köçürmə məbləğındən 0,5% xidmət haqqı tutulacaq. Bu endirimli xidmət haqqı 9001 rubl və ya 301 ABŞ dollarından az olmayan köçürmələrə tətbiq edilir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin "ABB-Moskva" bayram günlərində fiziki şəxslərə bank kartları üzrə güzəştli təkliflər təqdim edir. 15-30 mart tarixlərində köçürmə aparan fiziki şəxslərə Mastercard Maestro kartı pulsuz, Visa Classic və Mastercard Standard kartları isə illik xidmət haqqı 50% güzəşt ilə təklif edilir.

Mənbə: trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et