“Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) aktivləri son bir ildə 22,7% artaraq 2015-ci il yanvarın 1-nə 8,8 mlrd. manata çatıb.
Bu barədə bankın mətbuat xidmətindən məlumat verilib.
Bankın kredit portfeli 2013-cü illə müqayisədə 16,6% artaraq 2015-ci il yanvarın 1-nə 5,868 mlrd. təşkil edib. Fiziki şəxslərə isə 678,5 mln. manat dəyərində kredit verilib.
Ötən il ərzində əhali tərəfindən banka 117,3 milyon manat həcmində əmanət qoyulub. Beləliklə, 2015-ci il yanvarın 1-nə əhalinin ABB-dəki əmanətlərinin həcmi 1,730 milyard manata bərabər olub.
Abb-nin məcmu kapitalı 1 008,4 mln. manata çatıb. Bankın nizamnamə kapitalının həcmi isə 590,2 mln. manata çatdırılıb.
Hesabat dövründə bankın gəlirləri 585,8 mln. manat təşkil edib. Xalis mənfəət isə 64,5 mln. manat olub.