Banco.az ödənişli təcrübə proqramı elan edir! | Banco.az

Banco.az ödənişli təcrübə proqramı elan edir!

Banco.az araşdırma etməyi sevən, bu sahədə karyera qurmaq istəyən gənclər üçün ödənişli təcrübə proqramı elan edir. Proqramdan sahəyə marağı olan hər kəs, eyni zamanda 3-cü və 4-cü kurs tələbələri də yararlana bilər. Təcrübə proqramı 3 ay davam edəcək. Proqramı uğurla başa vuran təcrübəçi işlə təmin olunacaq. 

Vəzifə öhdəlikləri:

  • Araşdırma üçün məlumatların toplanması və hazırlanması;

  • Məlumatların təhlili və sistemləşdirilməsi;

  • Araşdırma üzrə məqalələrin yazılması.

Namizədə tələblər:

  • İqtisadiyyat, maliyyə sahələri üzrə təhsil (və ya bu sahələrlə maraqlanan  şəxslər);

  • Azərbaycan dilini əla səviyyədə bilməsi;

  • Araşdırma bacarığı;

  • Analitik düşünmə qabiliyyəti;

    Ən sərfəli kredit üçün müraciət et

  • Öyrənməyə və inkişafa həvəsli olması.

Maraqlanan şəxslər “Təcrübəçi” başlığı ilə öz CV-lərini 20.10.2021 tarixinədək [email protected] emailinə göndərə bilərlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et