Banco.az portalı Bank işi kurslarını təqdim edir | Banco.az

Banco.az portalı Bank işi kurslarını təqdim edir

Banco.az portalı yeni Banco Academy - Bank işi kurslarına start verir.

Portalımız bank sahəsində karyera qurmaq istəyən gənclərin istəyinə uyğun olaraq, özündə bank sahəsinə dair, həm nəzəri, həm də praktiki bilikləri əhatə edən Banco Academy kurslarını təqdim edir.

Layihənin baş sponsoru Bank of Baku, tərəfdaşlar isə Expressbank, Yapı Kredi Bank Azərbaycan və Nikoil Bank-dır.

Layihənin ilk mərhələsinə qatılan iştirakçılar əsl bankirlər tərəfindən dərslər alacaq və bank işininin təməlləri ilə bağlı biliklər əldə edəcəklər. Gələcəkdə isə iştirakçıların istəyinə uyğun olaraq, bank işinin müəyyən istiqamətləri üzrə daha ixtisaslaşmış kurslar təqdim olunacaq.

Təlimçilərin hər biri hal hazırda ölkənin aparıcı banklarında çalışan və  öz sahəsi üzrə bankda 7-8 il təcrübəyə malik şəxslərdir. Bank işinin hər bir mövzusu bu sahənin eksperti hesab edilən təlimçi tərəfindən keçiriləcək.  Təlimlər 2 noyabr tarixində başlayacaq!

Dərslər axşam saat 19.00-dan 21.00-a qədər şəhərin mərkəzində yerləşən və bütün lazımi şəraitlə təmin olunan təlim zallarında keçiriləcəkdir.

Banco  Academy-nin iştirakçılara əsas sürprizi!

Kursunın sonunda kursları uğurla bitirən 5 nəfər gənc tərəfdaş banklar tərəfindən bankda təcrübəyə cəlb olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Kursun qiyməti - 119 manatdır. Tələbələr və magistrlar üçün endirimli qiymət  - 99 manatdır.

Qeydiyyatdan keçmək üçün keçiddən istifadə edin və ya aşağıdakı müraciət formasını doldurun.

Qeydiyyatdan keç - Qeydiyyat!

Banka gedən yol Banco Akademiya-sından keçir!

 

Ən sərfəli krediti almaq üçün müraciət et