Banco.az öz maskotunu təqdim etdi | Banco.az

Banco.az öz maskotunu təqdim etdi

Banco.az  Azərbaycan xəbər və maliyyə portalları arasında ilk dəfə olaraq, öz maskotunu təqdim etdi. Portalın maskotu BancoMan adlanacaq.

BancoMan müştərilərin banklar və bank məhsulları haqqında bütün suallarını cavablandırmaq üçün nəzərdə tutulub.

Banco.az portalının direktoru Fərid İslamov bildirib ki, maskotdan yaxın gələcək üçün nəzərdə tutulmuş layihələrdə portalın əsas siması olaraq istifadə olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

“BancoMan – çox ağıllı oğlandır, o banklar haqqında hər şeyi bilir” – deyə Fərid İslamov bildirib.

Banco.az artıq iki ildən artıqdır ki, müştərilərə bank və maliyyə məlumatları sahəsində xidmət göstərməkdədir. 

 

Ən sərfəli krediti almaq üçün müraciət et