Banco.az-dan növbəti yenilik - Banco Assistent | Banco.az

Banco.az-dan növbəti yenilik - Banco Assistent

Banco.az suallarınızı cavablandıracaq

Daima öz istifadəçilərinin rahatlığını düşünən Banco.az Azərbaycanda maliyyə portalları arasında ilk  dəfə Banco Assistent xidmətini istifadəyə verdi. İndi portala daxil olan istifadəçilər onlayn rejimdə öz suallarını verəcək və əməkdaşlarımızın məsləhətindən yararlana biləcəklər.

Xidmətdən istifadə çox asandır və ondan istər kompüter, istər də mobil telefon və planşet istifadəçiləri faydalana biləcək.

Portala daxil olan bütün istifadəçilər saytın sağ hissəsində aşağıda yerləşən menyuda Assistentimizin “Sizə necə kömək edə bilərəm?” – sualı ilə qarşılaşacaq  və açılan pəncərədə öz sualını daxil edə biləcək. Sualı daxil etmək üçün istifadəçidən yalnız, aktiv email ünvanı tələb olunur. Hər şey bu qədər sadədir.

Ən sərfəli kredit üçün müraciət et

Həftə içi iş saatları ərzində suallar dərhal, onlayn rejimdə cavablandırılacaq, qalan hallarda isə suallar e-mail bazamıza daxil olacaq və müntəzəm şəkildə növbəti iş günündə cavablar müraciətçilərin elektron poçtuna göndəriləcək.

Artıq siz kredit, əmanət plastik kart və digər bank məhsulları barədə sizi maraqlandıran suallara rahatlıqla cavab əldə edəcəksiz.

Artıq yanvarından 9-da istifadəyə verilən xidmətdən istifadəçilər fəal şəkildə faydalanmağa başlayıb.

Banco.az daima öz istifadəçilərinə faydalı xidmətlər təqdim etməyə davam edəcək!

Ən sərfəli krediti almaq üçün müraciət et