Banco.az portalı artıq öz saytında yeni xidmət olan BancoChat xidmətini istifadəyə verdi. Burada bankirlər və eyni zamanda digər istifadəçilər onlayn rejimdə bir biriləri ilə müzakirələr apara bilər və suallar verə bilərlər.
Çatdan istifadə üçün saytın sağ kənar hissəsində 20 onlayn düyməsinə ( menu düyməsindən solda olan) klik edin və çata daxil olun. Çatda qeydiyyat tələb olunmur. Əgər çatda öz adınızla istifadə etmək istəyirsinizsə o zaman Menu düyməsinə klik edin və orada Açar şəkili olan hissəyə daxil olun.Burada siz facebook, saytın qeydiyyatı və ya ad qeyd etməklə qonaq kimi daxil ola bilərsiniz.
Hal-hazırda Chat-da 3 ədəd qrup var. Birincisi Kredit qrupudur ki, burada insanlar kreditlə bağlı müzakirələr apara bilərlər. İkinci qrup isə Bankirlər qrupudur. Bu qrup əsasən bank işçiləri üçün nəzərdə tutulub ki bankirlər burada bankların vəziyyəti və banklarla bağlı bir biriləri ilə müzakiər aparsınlar. 3-cü qrup isə İş elanları və vakansiyalarla bağlıdır. Burada istifadəçilər iş elanları işə qəbul ilə bağlı müzakirələr apara bilərlər.
Eyni zamanda chat-da insanlar qrupdan kənar bir biriləri ilə də müzakirələr apara bilərlər.
Artıq yanvarından 22-də istifadəyə verilən xidmətdən istifadəçilər fəal şəkildə faydalanmağa başlayıb. Ümid edirik ki, sizinçün faydalı xidmət olacaq!
Banco.az daima öz istifadəçilərinə faydalı xidmətlər təqdim etməyə davam edəcək!