Banco.az Abbas İbrahimovu təbrik edir! | Banco.az

Banco.az Abbas İbrahimovu təbrik edir!

Bu gün, Bank of Bakunun İdarə Heyətinin sədri Abbas İbrahimovun ad günüdür. Banco.az komandası adından Abbas bəyi təbrik edir, ona işlərində və şəxsi həyatında bol uğurlar arzu edirik.

Abbas İbrahimov, 1981-ci il, iyul ayının 11-dən anadan olub. 1994-1999-cu illərdə Anadolu Türk litseyində təhsil alıb. 1999-2003-cü illərdə Türkiyənin Ankara Universitetində İş iqtisadiyyatı üzrə bakalavr, 2003-2005-ci illərdə isə İstanbul Texniki Universitetində maliyyə istiqamətli MBA təhsili almışdır. ABŞ-ın CFA (Chartered Financial Analyst) İnstitutu tərəfindən təşkil olunan CFA proqramının 2 səviyyəsini tamamlamış, proqramın son səviyyəsinə namizəddir.

Azərbaycanda bank sahəsində peşəkar fəaliyyətinə 2005-ci ilin sentyabr ayında “Bank of Baku”da Tədqiqat şöbəsinin mütəxəssisi vəzifəsindən başlamış, bir müddət sonra şöbə müdiri, daha sonra isə departament direktoru vəzifəsinə qədər yüksəlmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Riteyl bank biznesi sahəsinə aid Məhsulların yaradılması və İnkişafı departamentinin və Satışlara nəzarət və dəstək departamentinin direktoru vəzifələrində çalışmışdır.

2010-cu ilin oktyabr ayından etibarən İdarə Heyəti Sədrinin Müavini, Riteyl biznes sahəsinin rəhbəri vəzifəsini cira edib.

Cari ilin, may ayının 1-dən etibarən Abbas İbrahimov, Bank of Bakunun İdarə Heyətinin Sədridir.  

1994-cü ildə təsis edilmiş Bank of Baku hal-hazırda Azərbaycanın aparıcı banklardan biri olmaqla ölkəmizin 10 aparıcı bankların sırasına daxildir.

Ən sərfəli krediti almaq üçün müraciət et