Banco.az-ın təşkilatçılığı ilə, Bank of Baku-nun sponsorluğu ilə təşkil etdiyi "Banco Academy" yenidən bank işini öyrənmək istəyənləri bir ünvanda topladı.
Üçüncüsü təşkil olunan kursların ilk həftəsində iştirakçılar banklar haqqında bir çox məlumatları əldə ediblər.
Bankların aparıcı mütəxəssisləri tərəfindən keçirilən dərslərdə həm nəzəriyyə, həm də praktiki mövzulara toxunulur və növbəti dərslərdə iştirakçılar Kredit işi, Plastik kartlar, Marketinq və Müştəri xidmətləri kimi dərindən öyrənəcəklər.
İştirakçılar burada bir ay ərzində bank fəaliyyəti ilə bağlı ümumi anlayışları, əməliyyat sahəsini, kredit işinin təşkili, plastik kartlarla iş, marketinq və müştəri xidmətləri sahələrinə dair həm nəzəri, həm də praktiki bilikləri mənimsəyirlər.
Təlimçilərin hər biri hal-hazırda ölkənin aparıcı banklarında çalışan və öz sahəsi üzrə bankda 7-8 il təcrübəyə malik şəxslərdir.
Dərslərin mükəmməl tədrisi üçün lazımi material və texnikanın təşkilində "Bank of Baku"nun əvəzsiz xidməti vardır. Gənclərin daha gözəl və uğurlu maarifləndirilməsi üçün əlindən gələni əsirgəməyən "Bank of Baku" artıq 3 aydır ki, öz dəstəyi ilə layihə iştirakçılarının rahat və səmərəli tədrisi üçün istər maddi, istərsə də mənəvi dəstəyini əsirgəmir.
Qeyd edək ki,bankçılığın ən əsas hissələrini öyrətməkdə yardımçı olan "Banco Academy", öz karyerasını bank və maliyyə sahəsində görənlər üçün əlverişli imkanlar təqdim edir.
Layihənin baş sponsoru "Bank of Baku", tərəfdaşlar isə "Expressbank", "Yapı Kredi Bank Azərbaycan" və "Nikoil Bank"dır.
Təlimin sonunda hər bir iştirakçıya xüsusi sertifikat veriləcəkdir.
Banco Academy - Banka gedən yol bizdən keçir! Kurslar haqqında ətraflı məlumat burada