Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün bu il yanvarın 1-nə balans kapitalı 400 milyon manatdan çox olub.
Həmin banklar "Azərbaycan Beynəlxalq Bankı" (1 milyard 339 milyon 620 min manat), "PAŞA Bank" (475 milyon 768 min manat), "Kapital Bank" (425 milyon 53 min manat) və "Xalq Bank"dır (419 milyon 730 min manat).
Qalan 25 bankdan 3-də balans kapitalı 100-200 milyon manat arasında, 20 bankda 10-100 milyon manat arasında, 2 bankda isə 10 milyon manatdan azdır.
8 bankın balans kapitalı azalıb
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 8-nin bu il yanvarın 1-nə balans kapitalı illik müqayisədə az olub.
"Renkinq" xəbər verir ki, həmin banklar Pakistan Milli Bankının Bakı filialı, "AGBank", "Express Bank", "Muğan Bank", "Premium Bank", "AFB Bank", İran Milli Bankının Bakı filialı və "Amrah Bank"dır.
Ən çox azalma "Amrah Bank"da (55,2% az), ən az azalma isə Pakistan bankında (3,9%) qeydə alınıb.
Qalan 21 bankın isə balans kapitalı artıb. Ən yüksək dinamika "Access Bank"da (66,8%), ən aşağı dinamika isə "Azər-Türk Bank"da (0,4%) qeydə alınıb.
renkinq.az