Balans kapitalı 100 milyon manatdan çox olan banklar hansılardır? | Banco.az

Balans kapitalı 100 milyon manatdan çox olan banklar hansılardır?

Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 7-nin bu il aprelin 1-nə balans kapitalı 100 milyon manatdan çox olub.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 milyard 402 milyon 121 min manat), "Kapital Bank" (500 milyon 248 min manat), "PAŞA Bank" (472 milyon 995 min manat), "Xalq Bank" (421 milyon 213 min manat), "Premium Bank" (135,8 milyon manat), "Express Bank" (120 milyon 617 min manat) və "Azərbaycan Sənaye Bankı"dır (101 milyon 63 min manat).

Balans kapitalının məbləği 20 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.

Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 8-nin bu il aprelin 1-nə balans kapitalı illik müqayisədə az olub.

Bunlar "Express Bank", "Access Bank", "Premium Bank", Pakistan Milli Bankının Bakı filialı, "AGBank", "AFB Bank", "Yelo Bank" və İran Milli Bankının Bakı filialıdır.

Ən çox azalma İran bankında (40,3%), ən az azalma isə "Express Bank"da (0,2%) qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Qalan 20 bankın isə balans kapitalı artıb. Ən yüksək dinamika "Bank of Baku" (2,1 dəfə), ən aşağı dinamika isə "Yapı Kredi Bank Azərbaycan" (0,5%) qeydə alınıb.

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et