Balans Hesabatı | Banco.az

Balans Hesabatı

Balans Hesabatı (Balance sheet)
Balans hesabatı – müəssisənin bəlli bir tarihdəki aktivlərini və passivlərini (öhdəlik, kapital) göstərən hesabatdır.
Balans hesabatının əsas elementləri aktivlər, öhdəliklər və kapitaldır.

Aktivlər – müəssisənin keçmiş hadisələrin nəticəsində nəzarət etdiyi və müəssisəyə gələcək iqtisadi səmərələrə səbəb olacağı gözlənilən resursdur. Aktivləri aşağıdakı kimi təsnifləşdirə bilərik:
Cari aktivlərə bir il ərzində öz dəyərini nağd pula çevirə bilən aktivlərdir. Misal olaraq aşağıdakıları göstərə bilərik:
Cari aktivlər (Current assets)
- Nağd pul və ekvivalentləri (cash and cash equivalents)
- Qısamüddətli debitor borcları – Alacaqlar (Accounts receivable)
- Mal material ehtiyatı (İnventory)
- Qiymətli kağızlar (Marketable securities)
- Digər cari aktivlər (prepaid expenses, və s.)
Uzunmüddətli aktivlər bir ildən artıq müddətə öz dəyərini nağd pula çevirə bilən aktivlərdir. Bunlara misal olaraq, aşağıdakıları göstərə bilərik:
Uzunmüddətli aktivlər (Non-current assets)
- Torpaq, tikili, avadanlıqlar (Plant, property, equipment)
- Qeyri maddi aktivlər – Qudvil, patent, lisenziya və s. (İntangible assets)
- Uzunmüddətli alacaqlar (Receivables)
- Digər uzunmüddətli aktivlər

Öhdəliklər – keçmiş hadisələrin nəticəsində yaranan və yerinə yetirilməsi üçün iqtisadi səmərələri əks etdirən resursların müəssisədən xaric olunacağı öhdəlikdir. Öhdəlikləri aşağıdakı kimi təsnifləşdirə bilərik:
- Cari öhdəliklər (Current liabilities)
- Uzunmüddətli öhdəliklər (Non-current liabilities)

Cari öhdəliklərə – qısamüddətli kreditor borcları və s.
Uzunmüddətli öhdəliklərə – uzunmüddətli kreditlər və s. daxildir.
Kapital – bütün öhdəliklər çıxıldıqdan sonra səhmdarların müəssisənin aktivlərində qalan paylarıdır.
Misal olaraq adi səhmləri, gəlir ehtiyatlarını, imtiyazlı səhmləri və s. göstərə bilərik.

Balans hesabatı 2 formada yaradıla bilər. Bunlar aşağıdakılardır:
Account format – Balans hesabatı bu formatda hazırlanarkən aktivlər sol tərəfdə, kapital və öhdəliklər sağ tərəfdə olmaqla iki sütundan ibarət olaraq hazırlanır.
Report format – Bir sütunda hər üç element ardıcıllıqla yazılır (aktiv, öhdəlik, kapital)
Muhasibatlılığı Cash accounting və Accrual accounting olaraq iki yerə bölə bilərik.
Birincisi malın alınıb-satılması zamanı nağd pulun da giriş-çıxışının üst üstə düşdüyünü, ikincisi isə onlar arasında zaman fərqinin olmasını göstərir.
İkincinin 4 halı mümkündür.

1. Unearned revenue – A müəssisəsi B müəssisəsindən gələcəkdə malın göndərilməsi və ya xidmətin göstərilməsi qarşılığında pul alıb kassaya mədaxil etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

a) Pul alındı – xidmət göstəriləcək
Aktivlərdə (Kassa) və öhdəliklərdə artım olacaq

b) Xidmət göstərildi
Məbləğ öhdəliklərdən silinir və kapitalda gəlir artımı olaraq göstərilir.

2. Accrued revenue – A müəssisəsi B müəssisəsinə mal göndərib və ya xidmət göstərmişdir, gələcəkdə pul alacaqdır.
a) Mal satıldı və ya xidmət göstərildi – pul alınacaq
Aktivlərdə (alacaqlar-receivables) və kapitalda artım (gəlir) olacaq

b) Pul alındı
Akivlərin alacaq hissəsindən məbləğ silinir, kassaya mədaxil edilir.

3. Prepaid expenses – A müəssisəsi B müəssisəsinə pul ödəyir, B müəssisəsi gələcəkdə A müəssisəsinə mal göndərəcək və ya xidmət göstərəcək.
a) Pul ödənildi
Aktivlərdə kassadan pulun məbləği çıxılır və həmin sütunda (aktivlərdə) Prepaid expenses həmin məbləğ qədər artırılır.

b) Mal göndərildi və ya xidmət göstərildi
Prepaid expenses-dən məbləğ silinir və kapitalda (xərclər) nəzərə alınır.

4. Accrued expenses – A müəssisəsinə B müəssisəsindən mal satılmış və ya xidmət göstərilmiş, A müəssisəsi pulu müəyyən vaxtdan sonra ödəyəcək.
a) Mal alınıb, xidmət göstərilib
Kapitalda (xərclər) azalma, öhdəliklərdə artım olacaq (borc yaranacaq)
b) Pul ödənildi
Öhdəliklərdə və aktivlərdə (kassa) eyni məbləğ qədər azalma baş verəcək.

Qeyd etmək lazımdır ki,
unearned revenue və accrued expenses – öhdəliklər
accrued revenue və prepaid expenses – aktivlərdir.

Aktivləri həmçinin aşağıdakı kimi qruplaşdıra bilərik:

- Maddi aktivlər (Tangible assets)
- Qeyri-maddi aktivlər (İntangible asset)

Qeyri maddi aktivlər – Uzun müddətli istifadə üçün nəzərdə tutulmuş hər bir material-əşya mahiyyətinə malik olmayan, lakin dəyər qiyməti olan gəlir gətirən hüquqi vəsaitlərdir. Bunlara aşağıdakılar aiddir: elmi nailiyyət, ədəbiyyət, incəsənət üzrə müəlliflik və şəriklilik hüququ, elektron-hesablayıcı komputer proqramları, patent ixtira, seleksiya nailiyyətləri, faydalı modelləşdirmə hüququ, ticarət-xidmət nişanları, lisenziyalar, «nou-xau» torpaq sahələrindən, təbii ehtiyatlardan istifadə hüquqları, təşkilatı xərclər, firmanın qiyməti və s.

Mənbə: cfaconsulting.wordpress.com

Ən sərfəli krediti almaq üçün müraciət et