"Bakutel" sərgisi işə başladı | Banco.az

"Bakutel" sərgisi işə başladı

Bu gün 2-də Bakı Ekspo Mərkəzində informasiya və kommunikasiya texonologiyaları (İKT) sahəsi üzrə ən böyük ixtisaslaşmış tədbir - Azərbaycan Beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” (“Bakutel-2014”) sərgisi işə başlayıb.

“Bakutel-2014” sərgisində dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edir. Onların arasında aparıcı İKT şirkətləri, habelə Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur brendlərin distribüterləri var. Sərgidə innovativ layihələr, ən son texnoloji yeniliklər, İKT sahəsi üzrə məhsul və xidmətlər nümayiş etdirilir.

“Iteca Caspian”, “ITE Group Plc” və “Caspian Event Organisers” (СЕО) şirkətlərinin təşkilatçılığı ilə keçirilən sərgiyə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən rəsmi dəstək göstərilir. Sərgini dəstəkləyənlər arasında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), eləcə də Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Telekommunikasiya İttifaqı (İTU) kimi nüfuzlu təşkilatlar var.

Sərgi dekabrın 5-dək davam edəcək.

Ən sərfəli kredit üçün müraciət et

anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et