“BakuBus”ın avtobuslarında WiFi olacaq | Banco.az

“BakuBus”ın avtobuslarında WiFi olacaq

“BakuBus” MMC-nin istismarında olan 5 və 7A nömrəli marşrut xətləri üzrə hərəkət edən avtobuslar pulsuz WiFi xidmətinə qoşulub.

Şirkətdən verilən məlumata görə, “BakuBus” tərəfindən bu istiqamətdə aparılan testlər uğurla başa çatıb və sərnişinlər 30.04.2022-ci il tarixindən bu xidmətdən yararlana biləcəklər.

“BakuBus” MMC-nin istismarında olan digər marşrut xətləri üzrə hərəkət edən avtobusların da pulsuz WiFi xidmətinə qoşulması nəzərdə tutulur.

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram