Bakıya Ankara və İstanbula 1 dollara uçmaq mümkün olacaq | Banco.az

Bakıya Ankara və İstanbula 1 dollara uçmaq mümkün olacaq

"Türk Hava Yolları' şirkətinin törəməsi olan “AnadoluJet”in martın 29-dan etibarən İstanbul şəhərinin "Sabiha Gökçen" və paytaxt Ankaranın "Esenboğa" hava limanlarından həyata keçirəcəyi yeni uçuşların birtərəfli qiymətləri 1 dollardan başlayacaq. 

Bu barədə aviaşirkətə istinadən xəbər verilir.

Məlumata görə, simvolik qiymət Azərbaycan, Almaniya, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Belçika, Danimarka, Fransa, Gürcüstan, Hollandiya, İngiltərə, İspaniya, İsrail, İsveç, İtaliya, Küveyt, Rusiya və Səudiyyə Ərəbistana yerinə yetiriləcək aviareyslərə aid ediləcək. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “AnadoluJet” 2016-cı ildə yaradılıb. Loukoster hazırda 36 təyyarəsi ilə 43 hava limanına uçuşlar həyata keçirir. 

marja

Ən sərfəli krediti almaq üçün müraciət et