Araşdırma: Gülnar Əhmədli, Banco.az
Bu gündən Ramazan ayı başlayıb. Müqəddəs ayın başlaması səbəbilə restoranlar iftar menyuları hazırlayıblar.
Banco.az Bakıda fəaliyyət göstərən bəzi restoranlarda menyuların qiymətini araşdırıb.
Araşdırdığımız restoranlar arasında minimum qiymət 20 manat, maksimum qiymət isə 120 manatdır. 120 manatlıq menyunu Four Seasons hotelində yerləşən Zafferano restoranı təklif edir. Burada minimum 2 nəfər rezerv edərək menyudan istifadə edə bilər.
Orta qiymət 25-50 manat arasındadır. Hotellərdə yerləşən restoranlar digər restoranlara görə daha yüksək qiymət təklif edirlər. Qiymətə isə salatlar, şorbalar, suplar, isti yeməklər, içkilər (çay, limonad, meyvə şirəsi), desertlər, qarnirlər daxildir. Bunlar demək olar ki, bütün menyularda var. Bəzi restoranlarda qiymətlər menyunun toyuq, ət və balıq olmasından asılı olaraq dəyişir. Bir neçə restoranda açıq bufetdən istifadə edə bilərsiniz.
Həmçinin qeyd edək ki, qiymətlər 1 nəfər üçündür.

Bizi sosial şəbəkələrdən izləyin!!
