Hər kəsin səbirsizliklə gözlədiyi Influencer Day Baku tədbiri dünən baş tutdu. Tədbir haqqında məlumatlar, şəkillər sürətlə bütün sosial mediaya yayıldı. 300 nəfərin qatıldığı İnfluencer Day Baku ilk dəfə keçirilməsinə rəğmən çox uğurlu oldu və hər kəsdə uzun müddət yaddaşlardan silinməyəcək iz, maraqlı təəssüratlar qoydu. Tədbir maraqlı və maarifləndirici olmaqla yanaşı,həm də yeni bisness əlaqələri yaratmaq üçün əla vasitə oldu.
Emin Vəli Sosial Era marketinqi haqqında,Vaqif Abbasov Keepface Influencer marketinqi haqqında, Elşad Yusifli isə Influencer və data analizi haqqında maraqlı çıxışlar etdi, daha sonra qonaqları maraqlandıran sualları cavablandırdılar.
İrəlliləyən dəqiqələrdə isə panel müzakirəsi başladı. Moderator Khazar Ventures-in həmtəsisçisi Məmməd Kərim, panel iştirakçıları isə Trade Mark Leo Burnett Azerbaijan-ın direktoru Abbas Fətullayev, Cavan.az layihəsinin marketinq direktoru Mehriban Həsənova, Azər Türk Bankın strateji planlaşdırma və marketinq şöbəsinin müdiri Leyla M Yaşar, aktyor və ssenarist Erkin Ergin, Offside səhifəsinin admini Ruslan Mirzəliyev idi. Panel iştirakçıları influencer marketinq haqqında təcrübələrini, Keepface influencer platforması haqqında təəssüratlarını bölüşdülər.
Nəhayət hamının gözlədiyi influencerlərin mükafatlandırılması anı gəlib çatdı.İlk öncə onu qeyd edək ki, Keepface heyəti mükafatlandırma zamanı sosial mediada maraqlı və maarifləndirici məzmun yaradan, influencerlik fəaliyyətində yeni olan şəxslərə üstünlük verdi.
Son zamanlarda videoları ilə gündəm olan, sosial mövzulara toxunan - Əlixan Rəcəbov
Dəb sahəsində maraqlı faydalı bloq postlar hazırlayan - Şəbnəm Mahmudlu
Makiyaj kateqoriyası üzrə son zamanlar paylaşımlarına görə tanınan - Nəzrin Əliyeva
Faydalı videolarına həvəslə sonuna qədər baxdığımız, zehnimizi silkələyən - Fuad Əliyev
Cəmiyyətdə olan sosial mövzuları statusları ilə maraqlı şərh edən - Həmid Həmidli
Elmi-İntelektual paylaşımları ilə maraq qazanan - Yalçın İslamzadə
Dünyada kəşf ediləcək yerləri bizlərə tanıdan, Zirvələri sözün əsl mənasında fəth edən Baba Ağayev
Mütəmadi bloq yazılaı ilə maarifləndirici tövsiyələr verən - İlham Əli Yusif
İştahımızı artıran, paylaşımları ilə göz zövqümüzü oxşayan - Günel Fərhadlı
Həftə sonlarını xüsusi menuları ilə dadlandıran - Aygün İsmayılzadə
Öyrədici videolar hazırlayan və Azərbaycan dilində kontent inkişafına dəstək olan ana bloqer - Səma Abıyeva öz fəaliyyətlərinə görə mükafatlandırıldılar.
Mükafatlandırma mərasimindən sonra qonaqlar Dreamland Baku Golf Villas & Residences-də yerləşən Subis Sun Beynəlxalq məktəbi ilə və tanış oldular. Orada yerləşən golf mərkəzinə gedərək təlimçilərin köməyi ilə ilk golf təcrübələrini yaşadılar. Dreamland-də yerləşən villalara da ekskursiya etdilər.
Tədbir həzin caz sədaları altında şam yeməyi və networking ilə sona çatdı.
Tədbirin təşkilatçısı Keepface DMCC, baş sponsoru Dreamland Baku Golf Villas & Residences, rəsmi telekom tərəfdaş isə Bakcell şirkətidir. Tədbirin digər sponsorları Chelebi, Hooki Cafe, Az-Granata, Vitam və Trade Mark Leo Burnett Azerbaijan şirkətləridir. Photo Artillery qonaqların maraqlı şəkillərini çəkib elə oradaca təqdim etdi. Həmçinin Gravity inc öz komandası ilə bütün tədbiri işıqlandırdı.