Bakının iki rayonunda böyük söküntü başlayır | Banco.az

Bakının iki rayonunda böyük söküntü başlayır

Bakı şəhərinin Sabunçu və Suraxanı rayonları ərazisində yerləşən istismar müddəti bitmiş qəzalı binaların söküntü işləri aparılacaq.

Söküntü işləri Sabunçu rayonunun Q.Vəzirov küçəsi, döngə 2, bina 5 və 6, Sabunçu rayonunun Y.Qasımov küçəsi, ev 39 və Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsi, ev 43 ünvanlarında yerləşən istismar müddəti bitmiş qəzalı binaları əhatə edəcək.

Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı müvafiq işlərə yekun vurub.

Qurum sözügedən işlərin icrasını “Global Engineering Management Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 21 948 manat ödənilib.

trend.az