Bakının ictimai iaşə dövriyyəsi ötən il 60%-dək azalıb | Banco.az

Bakının ictimai iaşə dövriyyəsi ötən il 60%-dək azalıb

2020-ci ildə Bakı şəhərinin ictimai iaşə dövriyyəsi 2019-cu illə müqayisədə real ifadədə 59,4% azalaraq 476,2 mln. manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 55,5%-i hüquqi şəxs statuslu müəssisələrin, 44,5%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu illə müqayisədə 45% azalaraq 266,9 mln manat olub.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram