Bakıkartların balansını onlayn artırmaq mümkün olacaq — AÇIQLAMA | Banco.az

Bakıkartların balansını onlayn artırmaq mümkün olacaq — AÇIQLAMA

“Vətəndaşlar BakıKart balansını onlayn şəkildə artıra biləcəklər”.

Bunu açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

M.Ağayev bildirib ki, pandemiyadan öncə bu istiqamətdə iş aparılıb: “Ümumiyyətlə, həmin sektorda işlər iki mərhələdə aparılır. Birinci mərhələdə gediş haqqı BakıKart ilə ödənilən marşrut xəttlərinin sayın artırılması nəzərdə tutulur. Pandemiyadan doğan bəzi səbəblər var ki, bunlara görə onlayn ödəmə sisteminin formalaşmasında müəyyən ləngimələr var. Bizim tərəfdaş şirkətlərimizin bəzi mütəxəssisləri xarici ölkələrin vətəndaşlarıdır. Onlar öz ölkələrinə qayıdıb və fəaliyyətlərində karantinlə bağlı müəyyən problemlər var. Onlayn ödənişlərin sistemdə tətbiq olunması tarixini hələ ki, dəqiq deyə bilmərik, lakin hazırda da virtual olaraq işlərimizi aprarırıq”. 

“Onlayn ödəmələrin olması BakıKart balansının artırılması zamanı yaranan bir çox çətinliyi aradan qaldıracaq. Ödəmə terminalların hər dayanacaqda quraşdırılması iqtisadi baxımdan səmərəli amil deyil. Məhz buna görə də müəyyən terminallarda ara-sıra çətinliklər yaranır. Bu vəziyyətdə ən optimal çıxış yolu onlayn ödəmə sistemləridir”, — deyə BNA sözçüsü vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et