Azərbaycandan bu şəhərə sərnişin qatarı bir ay PULSUZ işləyəcək | Banco.az

Azərbaycandan bu şəhərə sərnişin qatarı bir ay PULSUZ işləyəcək

İran hökuməti ölkənin Təbriz şəhəri ilə Azərbaycanın Culfa şəhəri arasında sərnişin qatarını işə salıb. 

İran mətbuatına istinadən bildirilir ki, qatar yaxın 1 ay ərzində pulsuz işləyəcək və onun hərəkəti pilot layihə xarakteri daşıyacaq. 

Qatarın işə düşməsində məqsəd İranla Azərbaycan, o cümlədən Naxçıvan MR arasında turizm əlaqələrini inkişaf etdirməkdir. 

Ən sərfəli kredit üçün müraciət et

Təbriz-Culfa qatarı 5 vaqondan ibarət olmaqla 400 sərnişin daşımaq imkanındadır. Qatar hər gün saat 07:30-da Təbrizdən, saat 19:00-da isə Culfadan yola düşür. 

Report

Ən sərfəli krediti almaq üçün müraciət et