Bakıda yolların yenidən qurulmasına 1,7 milyon manat ayrılıb | Banco.az

Bakıda yolların yenidən qurulmasına 1,7 milyon manat ayrılıb

Prezident İlham Əliyev “Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhəri Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1,7 milyon manat ayrılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram