Bakıda VII BEYNƏLXALQ BANKÇILIQ FORUMU (IBF 2023) keçiriləcək | Banco.az

Bakıda VII BEYNƏLXALQ BANKÇILIQ FORUMU (IBF 2023) keçiriləcək

VII BEYNƏLXALQ BANKÇILIQ FORUMU (IBF 2023) 01-02 noyabr 2023-ci il tarixində, Bakı şəhərində, Mastercard-la əməkdaşlıq çərçivəsində keçiriləcək. Forumun mövzusu: ETİBARLI, TƏHLÜKƏSİZ VƏ DAYANIQLI BANKÇILIQDIR. Forum Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə keçirilir.

IBF 2023 saytı: https://www.gbmevents.az/en/event/the-seventh-international-banking-forum

IBF 2022, 2021 və 2019 tədbirini xatırlayaq:

İki günlük tədbir Bakıda illik əsasda keçirilən iki tədbirdən biri olmaqla regionun ən nüfuzlu maliyyə-bank tədbiridir. Bütün tədbirlərimizi görmək üçün linkə daxil ola bilərsiniz: https://www.gbmevents.az/az/events

Kifayət qədər tarixə malik olan Forum bütün maraqlı tərəflərin bir araya gələrək, yeni fikirlər, təcrübələr bölüşdüyü, öz məhsullararını təqdim etdiyi, işgüzar əlaqələr qurduğu və maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminin dərin mövzularının birlikdə müzakirə olunduğu mükəmməl bir platforma olaraq özünü sübut etmişdir. Tədbirdə tərəfdaşlar və iştirakçılar üçün hər zaman yeni imkanların olması bizi hər zaman həvəsləndirir.

IBF 2023 Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir. Forum tənzimləyici orqan, banklar, fintexlər, assosiasiyalar, beynəlxalq maliyyə təşkilatları, yerli səfirliklər, akademik dairələr, tanınmış şirkətlərin rəhbər nümayəndələrini, qərar qəbuledicilər və influenserləri bir araya gətirir.

Forumda aşağıdakı mövzular müzakirə ediləcəkdir:

  • ETİBARLI, TƏHLÜKƏSİZ VƏ DAYANIQLI BANKÇILIQ
  • İMKANLARIN AZAD OLMASI: NEOBANKLAR VƏ MALİYYƏ EKOSİSTEMİ
  • ÖZÜNƏXİDMƏTİN YENİ SƏRHƏDİ
  • MALİYYƏ TEXNOLOGİYALARI VƏ TRENDLƏR
  • ÖDƏNİŞLƏRİN TƏKAMÜLÜ: MİNİMUM TƏMASA DOĞRU
  • ƏMƏLİYYAT SƏMƏRƏLİLİYİ ÜÇÜN DATA VƏ TƏHLİL STRATEGİYASI
  • RƏQƏMSAL MALİYYƏ EKOSİSTEMİNDƏ FIRILDAQÇILIĞIN PROAKTİV FORMADA QARŞISININ ALINMASI İMKANLARI
  • ESG BANKÇILIĞI
  • CƏNUBİ-ŞƏRQİ AVROPA, ŞƏRQİ AVROPA VƏ MƏRKƏZİ ASİYA REGİONUNDA PUL KÖÇÜRMƏLƏRİ

Sizi Forumda görməyə çox şad olarıq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi LinkedIn və Facebook-da izləyin:

  1. https://www.linkedin.com/company/fintex-summit-international-banking-forum
  2. https://www.facebook.com/fintexsummitinternationalbankingforum

Əlaqə emaili:

[email protected][email protected]

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram