Bakıda TRACECA ilə bağlı beynəlxalq konfrans keçirilir | Banco.az

Bakıda TRACECA ilə bağlı beynəlxalq konfrans keçirilir

Bu gün Bakıda Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclası keçirilir. Tədbirdə TRACECA-ya üzv və müşahidəçi ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Tədbir çərçivəsində bir sıra sessiyalar olacaq.

Xatırladaq ki, TRACECA 1993-cü ildə Brüsseldə keçirilmiş konfransda yaradılıb.