Bakıda ticarət dövriyyəsi cüzi azalıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bakıda ticarət dövriyyəsi cüzi azalıb

2020-ci ilin yanvar-noyabr aylarında Bakıda ticarət dövriyyəsinin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,4 % azalaraq 19 202,8 milyon manat olub.

Bu barədə Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 8,9 % artaraq 9 752,9 milyon manata çatıb, qeyri-ərzaq məhsullarının dəyəri isə 7,9 % azalaraq 9 449,9 milyon manata düşüb.

İstehlak məhsullarının 31,4 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 51,1 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17,5 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram