2020-ci ilin yanvar-may aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz azalaraq 8 milyard 184,2 milyon manat olub.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 4,1 faiz artaraq 3 milyard 863,3 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,6 faiz azalaraq 4 milyard 320,9 milyon manata bərabər olub.
İstehlak məhsullarının 30,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 51,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17,7 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Trend
Bizi sosial şəbəkələrdən izləyin!!