Bakıda sotu 230 manata torpaq satılır | Banco.az

Bakıda sotu 230 manata torpaq satılır

Bakıda ötən ay torpaq bazarında ən bahalı və ən ucuz torpaq sahələrinin yerləşdiyi ərazi və qiyməti məlum olub.

"MBA Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov açıqlamasında ötən ay ən bahalı torpaq sahəsinin Nəsimi rayonunda qeydə alındığını söyləyib. Belə ki, həmin ərazidə bir sot torpağın qiyməti 430 min manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Ən ucuz torpaq sahəsi isə, ekspertin sözlərinə görə, Qaradağ rayonunda olub. Həmin ərazidə isə bir sot torpağın qiyməti 230 manat olub.

N.İbrahimov əlavə edib ki, ən bahalı torpaq sahəsi satışda olsa da, ötən ay ərazidə həmin torpaq sahəsini alan olmayıb.

Trend

Ən sərfəli krediti almaq üçün müraciət et