Bakıda sənaye istehsalı 2%-dək azalıb | Banco.az

Bakıda sənaye istehsalı 2%-dək azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bakıda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-iyun aylarında 29,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz az sənaye məhsulu istehsal edilib. 

Banco.az Bakı Statistika İdarəsinə istinadən xəbər verir ki, sənaye məhsulunun 80,5 faizi mədənçıxarma sektorunda, 16,7 faizi emal sektorunda, 2,0 faizi elektrik enerjisi, qaz və buxar  istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. 

Məlumata görə, mədənçıxarma sektorunda  əmtəəlik neft  hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 3,2 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram