Bakıda satış artıb | Banco.az

Bakıda satış artıb

2018-ci ildə əhalinin tələbatlarının ödənilməsi məqsədilə paytaxtın istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 27 568,7 mln. manat olmaqla 2017-ci ilə nisbətən müqayisəli qiymətlərlə 3,9% artıb.

Bakı şəhər Statistika İdarəsinə verdiyi məlumata görə, satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 96,3%-ni qeyri-dövlət sektoru təşkil edib, bu bölmə üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri əvvəlki ilin səviyyəsini real ifadədə 4,3% üstələyərək 26 536,8 mln. manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri əvvəlki illə müqayisədə 19,5% artaraq 8632,6 mln. manat təşkil edib.

report.az

Ən sərfəli krediti almaq üçün müraciət et