Bakıda orta əməkhaqqı 10 %-ə yaxın artıb | Banco.az

Bakıda orta əməkhaqqı 10 %-ə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 min 282,6 manat təşkil edib.

Bu barədə  Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 9,4 % artıb.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 10,2 % artaraq 1 min 007,5 manata çatıb.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et