Bakıda orta aylıq əməkhaqqı 13%-dək artıb | Banco.az

Bakıda orta aylıq əməkhaqqı 13%-dək artıb

Bakı şəhəri üzrə bu ilin yanvar-aprel aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqısı açıqlanıb.

Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, hesabat dövründə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 12,9% artaraq, 1066,9 manat təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında paytaxtda orta aylıq nominal əməkhaqqı 1040,9 manat olub.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram