Bakıda muzdlu işçilərin orta aylıq maaşının məbləği açıqlanıb | Banco.az

Bakıda muzdlu işçilərin orta aylıq maaşının məbləği açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Bakı şəhəri üzrə muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqının məbləği açıqlanıb.

Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, hesabat dövründə paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 0,5% azalaraq 943,3 manat təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında paytaxtda orta aylıq əməkhaqqı üzrə göstərici 948 manata bərabər olub.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram