Bakıda muzdlu işçilərin orta aylıq əməkhaqqı 20%-dək artıb | Banco.az

Bakıda muzdlu işçilərin orta aylıq əməkhaqqı 20%-dək artıb

Bakı Şəhər Statistika İdarəsi Bakı üzrə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqının məbləğini açıqlayıb.

Bu ilin yanvar-may aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 19,8% artaraq 984 manat təşkil edib.

Xatırladaq ki, cari ilin yanvar-aprel aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı üzrə göstərici 1 004 manata bərabər olub.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et