Bakıda metro vaqonları istehsal ediləcək | Banco.az

Bakıda metro vaqonları istehsal ediləcək

“Bakı Metropoliteni" QSC-nin Xocasən qəsəbəsində yerləşən elektrik deposunun ərazisində metro vaqonlarının istehsal edilməsi nəzərdə tutulub”.

Bu barədə qurumun Tikinti departamentinin rəisi Məzahir Nəbiyev deyib.

"Biz indi metro qatarlarını Rusiyadan alırıq. Gələcəkdə vaqonların ehtiyyat hissələri qonşu ölkədən alınaraq burada yığılacaq. Metronun Nərimanovdakı deposunun ərazisində vaqonların əsaslı təmir sexi tikilib, amma orada istehsal yoxdur. 2015-ci ilə kimi qatarlarımız təmir üçün Gürcüstana - Tbilisiyə göndərilirdi. 2015-ci ildə həmin sex tikilindən sonra qatarlar burada təmir olunur. Növbəti depoda isə vaqonların istehsalı nəzərdə tutulub.

“Bu məsələ deponun tikintisinin ikinci mərhələsinə aiddir. Hazırda isə birinci mərhələnin işləri görülür. Stansiyanın açılışı olanda deponun birinci mərhələsi tam hazır olacaq”, – deyə metropoliten rəsmisi qeyd edib.

Bakı metrosunun artıq 6-cı ildir fəaliyyət göstərən "Bənövşəyi" xəttinin deposunda tikinti işləri davam edir. Deponun tikintisi Xocəsən qəsəbəsində 21,7 hektar ərazidə aparılır.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et