Bakıda karyera yarmarkası açılıb | Banco.az

Bakıda karyera yarmarkası açılıb

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azerbaijan") birgə təşkilatçılığı ilə "Böyük imkanlara kiçik addım" adı altında keçirilən 2-ci karyera yarmarkasının açılış mərasimi keçirilib. Açılışda BŞH-nin İnsan Resursları və İşçi Qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova "AmCham Azerbaijan"ın icraçı direktoru Natəvan Məmmədova çıxış ediblər.

İ.Əhmədova bildirib ki, yarmarkanın əsas məqsədi iş axtaran gəncləri nüfuzlu şirkətlərə tanıtmaq və onlara karyera quruculuğuna dəstək olmaqdır. Yarmarkanın Azərbaycanın əmək bazarına töhfə verəcəyini və məzunların birbaşa olaraq şirkət nümayəndələri ilə görüşünə və tanışlığına imkan yaratması baxımından xüsusi əhəmiyyət daşımasını qeyd edən İ.Əhmədova onu da vurğulayıb ki, ötən il təşkil olunan analoji yarmarka çərçivəsində 150 nəfər məzun nüfuzlu şirkətlərdə işlə təmin olunub.

Ən sərfəli kredit üçün müraciət et

N.Məmmədova deyib ki, Palatanın tərkibində ən fəal olan komitələrdən biri də məhz "İnsan Resursları Komitəsidir. Təsadüfi deyil ki, bu komitə öz sahəsində ən çox tələb olunan platformalar sırasındadır.

Əmək karyerasında 30-a yaxın şirkətin iştirak edir.

Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç