Bakıda "İnsan Resursları Forumu 2016" keçirilir | Banco.az

Bakıda "İnsan Resursları Forumu 2016" keçirilir

Bakıda keçirilən "İnsan Resursları Forumu 2016"-da iştirak üçün 450-dən artıq şirkətdən 1 500-ə qədər müraciət daxil olub. "Report" xəbər verir ki, bunu Forumun açılışında çıxış edən "PAŞA Həyat Sığorta" ASC-nin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov deyib.

M.Rüstəmovun sözlərinə görə, müraciət edənlərin yalnız 350-si qeydə alınıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev isə bildirib ki, BMT Azərbaycanı yüksək rifah olan ölkələr siyahısına aid edir: "Əgər 1995-ci ildə dövlət sektorunda işləyənlərin sayı 56% idisə, 2016-cl ildə bu rəqəm 25% azalmışdır. Hazırda iqtisadi fəal əhalinin 51,1%-i kişilər, 48,9%-i isə qadınlardır".

Ən sərfəli kredit üçün müraciət et

Nazir müavini deyib ki, bu ilin 10 ayında 11 min nəfərə işsizlik statusu vrrilib: "İqtisadiyyatda baş verən proseslər son 10 ayda tikinti sektoruna təsir edib. Bu müddətdə tikinti sektorunda 4 minə, maliyyə və sığorta sektorunda isə 2 minə qədər şəxslə əmək müqaviləsinə xitam verilib. Son 10 ayda 195 min iş üçün müraciət edib, onların 53 mini işlə təmin edilib, 11 min nəfərə isə işsizlik statusu verilib".

Mənbə: Report.az