2017-ci ilin yanvar-aprel aylarında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri yanvar ayına nisbətən 0,4% artıb.
Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, hesabat dövründə ərzaq məhsullarının qiymətlərində 0,7%, qeyri-ərzaq məhsullarının qiymətlərində 0,2%, xidmətlər üzrə qiymətlərdə isə 0,4% artım müşahidə olunub.
Məcmu və qruplar üzrə qiymət indeksləri aşağıdakı kimi olub:
|
2017-ci ilin aprel ayları 2017-ci ilin yanvar ayına nisbətən, faizlə |
2017-ci ilin yanvar-aprel 2016-cı ilin yanvar-aprel aylarına nisbətən, faizlə |
Cəmi məhsullar və xidmətlər üzrə |
100,4 |
113,8 |
Ərzaq məhsulları, içkilər, tütün |
100,7 |
120,6 |
Qeyri-ərzaq məhsulları |
99,8 |
108,4 |
Xidmətlər |
100,4 |
109,6 |
Mənbə: Apa.az