07 fevral 2019-cu il tarixində, “İntourist” otelində “Agile Azerbaijan Community”-nin təşkilati dəstəyi ilə rəhbərlik, menecerlər və müxtəlif miqyaslı liderlər üçün nəzərdə tutulmuş Management 3.0 (Agile İdarəetmə Təcrübəsi) treyninqi keçirilmişdir.
Management 3.0 - istənilən komandada yeni, qarşılıqlı əməkdaşlıq yaratmağa kömək edən əyləncəli, praktiki məşğələlər məcmusudur.
Treyninq 10 ildən artıq Agile sahəsində çalışan, bu sahədə seminar və treyninqlərin təşkilatçısı, Ukraynada yeganə PTN @scrum.org üzvü Bogdan Misura tərəfindən həyata keçirilmişdir.
Management 3.0 treyninqi zamanı iştirakçılar, daxili və xarici motivasiya arasındakı fərq, komandalar daxilində fərdi idarəetmənin inkişafı, iş bölgüsünün idarəolunması barədə məlumat almışdılar. Bununla yanaşı işçi qruplarının tərkibində kompetensiyaların inkişafı üçün müxtəlif yanaşmaların tətbiqini öyrənmişdirlər.
Qeyd edək ki, “Agile Azerbaijan Community”-nin başlıca məqsədi mütəxəssislər və Agile ilə tanışlığa yenicə başlayanlar üçün vahid ünsiyyət müstəvinin yaradılmasıdır ki, onlar, burada təcrübələrini bölüşə, yeni biliklər əldə edə və Agile-a aid müxtəlif mövzularda fikir mübadilələri apara bilərlər.
“Agile Azerbaijan Community” yeni yaradılsa da, tez bir vaxt ərzində bir çoxlarının rəğbətini qazanmağa müvəffəq olmuşdur.
“Agile Azerbaijan Community”-yə https://www.facebook.com/groups/264584990817879/ link vasitəsilə qoşulmaq olar.