Bakıda hündür binaların tikilməsinə icazə verilməyəcək | Banco.az

Bakıda hündür binaların tikilməsinə icazə verilməyəcək

Bakıda xüsusi mühafizə olunan 1000 hektardan çox ərazi var ki, orada hündürlüyü beş mərtəbədən artıq binaların tikilməsinə icazə verilməyəcək.

Bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

Onun sözlərinə görə, həmin ərazilərdə tarixi abidələrin sıxlığı nəzərə alınıb və tikintiyə məhdudiyyət qoyulub.

"Xüsusilə şəhərin mərkəzində də tarixi mədəni irsə hörmət nəzərə alınaraq ciddi addımlar atılacaq",- deyə Komitə sədri əlavə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram