Bakıda “HR Konfransı” keçiriləcək | Banco.az

Bakıda “HR Konfransı” keçiriləcək

25 yanvar 2018-ci ildə Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Tədris strategiyaları və İnsan Resursları üzrə” Ekspert Qrupunun iclası keçirilib.

"Banco.az" xəbər verir ki, iclasın gündəliyində duran əsas məsələ “HR Konfransı”nın keçirilməsi və bu konfransın gündəliyindəki mövzular olub.

İclasda “HR Konfransı”nın keçirilməsi qərara alınıb. Konfransın gündəliyindəki əsas məsələlər işçilərin motivasiyası, digital HR,kadr rezervinin hazırlanması, karyera inkişafı, SMART hədəflər, işçilərin iş yüklərinin hesablanması və s. bu kimi məsələlərdir.

Ən sərfəli kredit üçün müraciət et

İclasda, həmçinin, qeyd olunub ki, konfransın keçirilməsi ilə bağlı banklardan təkliflərin alınması, sorğuların həyata keçirilməsi və digər aidiyyatı məsələlər üçün Ekspert Qrupunun nəznində İşçi Qrupu yaradılmalıdır. 

Ən sərfəli krediti almaq üçün müraciət et