Bakıda əhali ticarət şəbəkələrində nə qədər pul xərcləyib? | Banco.az

Bakıda əhali ticarət şəbəkələrində nə qədər pul xərcləyib?

2021-ci ilin yanvar-noyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 5,3 faiz artaraq 21 milyard 478,4 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz artaraq 11 milyard 059,0 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,2 faiz artaraq 10 milyard 419,4 milyon manata bərabər olub.

İstehlak məhsullarının 36,0 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 44,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 19,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

trend.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et