Bakıda Çin avtomobilləri festivalı keçiriləcək | Banco.az

Bakıda Çin avtomobilləri festivalı keçiriləcək

Bakıda Çin avtomobilləri festivalı keçiriləcək.

Bu barədə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) rəsmi internet saytında məlumat yayıb. “China Auto Fest 2023” adlanan forum sentyabrın 22-24-də “Park Bulvar” ticarət və əyləncə mərkəzində baş tutacaq. Festivalda 15 Çin avtomobil brendindən ən son modellər nümayiş etdiriləcək.

Festival günlərində avtomobillərin sınaq yürüşlərinə yazılmaq və dilerlər tərəfindən təklif olunan xüsusi endirim kampanayilarından yararlanmaq mümkün olacaq. Tamaşaçılar üçün uduşlu müsabiqələr, ənənəvi Çin çay dəsgahı, uşaqlar üçün isə Çin mütəxəssislərinin yaratdığı dünya şöhrətli “Genshin İmpact” kompyuter oyunu da təşkil olunacaq. Əyləncə proqramına Çin folklor musiqisi, Çin mifologiyası mövzusunda “Kospley-defile” və “DJ-party” daxildir. Bir sözlə avtodilerlər assosiasiyası paytaxtımızın sakinləri və qonaqları üçün növbəti avtomobil bayramını təqdim edir.

AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev bildirdi ki, bu festival iri bir layihənin başlanğıcıdır. Son zamanlar ölkə avtomobil bazarında Çin markalarının ekspansiyasını nəzərə alaraq, məhz bu ölkədən başlamaq qərara alınmışdır. İkinci səbəb isə bu ölkənin avtomobilləri ətrafında formalaşmış köhnə stereotip fikirləri alt-üst etməkdir. Yaxın aylarda isə Britaniya, Almaniya, Amerika, Yaponiya, Cənubi Koreya və İtaliya avtomobil istehsalçılarının məhsullarını nümayiş etdirmək üçün bu sayaq festivallar keçiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Festivalların təşkilində əməkdaşlıq etmək üçün assosiasiya müvafiq ölkələrin səfirliklərinə müraciətlər ünvanlayıb.

Qeyd edək ki, növbəti festivalın ulduzları Böyük Britaniya avtomobilləri olacaq.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram