Bakıda beynəlxalq ekspert tərəfindən “Satış Məharəti 2020” adlı master-klass keçiriləcək | Banco.az

Bakıda beynəlxalq ekspert tərəfindən “Satış Məharəti 2020” adlı master-klass keçiriləcək

18 fevral 2020-ci il, Bakıda, Rusiya və MDB məkanının satış üzrə tanınmış biznes-təlimçisi Yevgeniy Kolotilov “Satış Məharəti 2020” proqramı çərçivəsində bir gündə 2 master-klass keçirəcək və satış sahəsində 24 illik təcrübəsini və biliklərini bölüşəcək.

"Satış Məharəti 2020" proqramının məqsədi satış prosesində iştirak edənləri ən müasir biliklər, alətlər və texnologiyalar ilə təmin etməkdir. Proqram çərçivəsində bir gündə 2 master-klass keçiriləcək. İstəyə görə ya bir, ya da hər iki master-klass üçün qeydiyyatdan keçmək olar.

  1. “İkiqat satış artımı” master-klassı. 09:00-13:30, 18 fevral, 2020-ci il.
  2. “Satış strategiyası” master-klassı. 14:30-19:00, 18 fevral, 2020-ci il.

Proqram Azərbaycan dilinə sinxron tərcümə ilə Rus dilində keçiriləcək, biznesin inkişafı üçün faydalı biliklərin və yeni işgüzar əlaqələrin uğurlu birləşməsi olacaq. Proqram xüsusilə aşağıdakı şəxslər üçün faydalı olacaq:

  • Satış menecerləri, satış nümayəndələri, satış məsləhətçiləri, ön ofis əməkdaşları;
  • Sahibkarlar və top-menecerlər, marketinq, biznesin inkişafı və müştəri xidməti üzrə menecerlər;
  • Satış və müştəri xidməti üzrə ekspertlər, insan resursları üzrə menecerlər və mütəxəssislər.

Proqram 2007-ci ildən etibarən biznes təlimləri və konsaltinq istiqamətində fəaliyyət göstərən "Express Group" şirkətinin təşkilati dəstəyi ilə keçirilir.

Ətraflı məlumat və onlayn qeydiyyat üçün: https://master-class.az/sales2020/az , 055 946 02 70. Erkən qeydiyyat üçün 31 yanvaradək xüsusi endirimlər mövcuddur.

Ən sərfəli kredit üçün müraciət et

Maraqlanan şirkətlər həmçinin proqramın sponsoru/tərəfdaşı ola bilər və seçilmiş sponsorluq paketinin əlavə üstünlüklərindən faydalana bilərlər.

"Satış Məharəti 2020" proqramına əməkdaşlarının qeydiyyatı ilə yanaşı, şirkətlər həmçinin satış və danışıqlar üzrə müxtəlif mövzularda məhz öz əməkdaşları üçün və öz ehtiyaclarına uyğun olan Yevgeniy Kolotilovun ayrıca korporativ proqramını sifariş edə bilər.

 

Spiker haqqında:

Yevgeniy Kolotilov (https://kolotiloff.ru/) – satış üzrə biznes-təlimçi, Rusiyada və digər ölkələrdə (Fransa, Türkiyə, Ukrayna, Belarus, Qazaxıstan və s.) şirkətlərə, əməkdaşlarına təlim keçməklə, daha çox satmağa kömək edir.

  • 1-ci yer: Rusiyada satış üzrə biznes təlimçilərin reytinqində (“Congress Awards Russia – 2019” və "Satışın idarəedilməsi" jurnalı - 2015)
  • 11 kitab satış və danışıqlar mövzusunda müəllif tərəfindən nəşr edilib
  • 12 ölkədə təlimlər keçib
  • 24 illik satış təcrübəsi

Əsas təlim istiqamətləri: b2b (business to business) satış, sərt danışıqlar (negotiations skills), yüksək qiymətlərlə satış və s.

Müştərilər sırasında Mitsubishi Electric, Сisco, HP, Google, Alfa-Bank, Oriflame, Kaspersky, Coral Travel, ABBYY, Rostelekom, Bakcell, Beynəlxalq Ticarət Mərkəzi və digər bu kimi şirkətlər var.

Təlimçi-praktik. Təlimi psixoloq, məsləhətçi və ya marketinq mütəxəssisi deyil, məhz SATICI keçir. Təlimlərdə yalnız zamanla şəxsi təcrübədə sınaqdan keçirilmiş konkret yanaşmalar və texnologiyalar öyrədilir.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç